Dünya

Kanadada atışma baş verib, ölən və yaralananlar var

27 Noyabr 2020 08:34
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Ontario əyalətində polislərlə cinayətkar arasında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Kavarta-Leyks şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. İnsident nəticəsində ölən şəxsin uşaq olduğu bildirilir.

Xəsarət alanlardan birinin polis əməkdaşı, digərinin isə cinayətkarın olduğu qeyd edilir. Məlumata əsasən, cinayətkar polislər tərəfindən saxlanılıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.