Dünya

ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA

15 Noyabr 2020 17:40
Baxış: 1 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripə qarşı peyvəndin insanları COVID-19-dan qoruya bilməyəcəyini deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Hələ COVID-19 üçün bir peyvənd yoxdur (təsirli, təhlükəsiz və ÜST tərəfindən tanınan - red.). Ancaq bir çox potensial dərmanlar araşdırılır və bu ilin sonunda bir neçə böyük klinik sınaq nəticələr verə bilər.

Eyni zamanda, antiviral dərmanlar və qrip peyvəndləri mövcuddur. Qrip peyvəndi COVID-19 virusuna qarşı təsirli olmasa da, qrip infeksiyasının qarşısını almaq üçün hər il tətbiq edilməsi şiddətlə tövsiyə olunur", - deyə ÜST-dən bildirilib.

Qeyd edilir ki, 47 peyvənd ÜST-ün "namizəd" siyahısına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.