Məşhur şirkətlər yenidən ixtisarlara hazırlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın "Boeing" və "Raytheon" şirkətləri COVID-19 pandemiyasının yaratdığı böhranın təsiri ilə yenidən ixtisarlara hazırlaşır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Boeing"in üçüncü rüb üzrə göstəricilərinə dair açıqlamada, COVID-19 pandemiyası və "737 MAX" tipli təyyarələrin uçuşlarının dayandırılmasının şirkətin maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməkdə davam etdiyi bildirilib. Belə ki, bu ilin iyul-sentyabr aylarında "Boeing"in gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalaraq 14,1 milyard dollara düşdüyü qeyd edilib. "Boeing"in açıqlamasında şirkətin ilin üçüncü rübündə 466 milyon dollar itirdiyi bildirilib. Şirkət keçən ilin eyni dövründə 1,2 milyard dollar mənfəət əldə etmişdi.
"Boeing"in baş icraçı direktoru Dave Calhoun şirkətin üçüncü rüb üzrə göstəriciləri ilə bağlı açıqlamasında pandemiyadan bu yana likvidliyi artırdıqlarını, xərcləri və istehsal nisbətlərini əhəmiyyətli dərəcədə azaltdıqlarını bildirib. Şirkətə təsiri məhdudlaşdırmaq üçün işçi sayı ilə bağlı qərarların verildiyini deyən D.Calhoun bildirib: "Boeing"in işçilərinin sayının 2021-ci ilin sonunadək 130 min nəfərə düşməsi gözlənilir".
"Boeing" aprel ayında COVID-19 epidemiyasının təsiri ilə işçilərinin sayını 10 faiz azaldacağını elan etmişdi.
"Raytheon" şirkəti isə 20 min işçisini ixtisar edəcək. COVID-19 pandemiyası səbəbindən şirkətin ticari aviasiya satışlarının azaldığını açıqlayıb. "Raytheon Technologies"in baş meneceri Greg Hayes şirkətin üçüncü rüblə bağlı göstəricilərini qiymətləndirərkən uzun və yavaş bir bərpa prosesi gözlədiklərini söyləyib. Ticari hava trafikinin 2023-cü ilə qədər 2019-cu ildəki səviyyəyə qayıtmasının gözlənilmədiyini qeyd edən G.Hayes xüsusilə COVID-19-a yoluxam saylarındakı artım səbəbindən yaxın müddətdə ticari hava trafikində bərpa prosesinin tədricən baş verəcəyini gözlədiklərini deyib.
O, ilin ilk rübündə xərcləri təxminən 2 milyard dollar azaltmaq və 4 milyard dollar nağd pul vəsaitinə qənaət etmək üçün müəyyən tədbirlər gördüklərini xatırladıb, işçi sayını azaltmağın çətin olduğunu, lakin lazımi tədbirləri gördüklərini söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat





