Dünya

Dağıstanda Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb

21 Oktyabr 2020 18:34
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.

Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.

Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.