Dünya

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - FOTO

21 Oktyabr 2020 12:35
Baxış: 4 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Belə ki, dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər.

Diasporla İş üzrə Dövlət komitəsindən Milli.Az-a verilən məlumata görə, onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və  söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.

Milli zəmində azərbaycanlılara qarşı nifrət çağrışları edən ermənilərin cəzalandırılıması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən  2 raket hücumu nəticəsində  24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla  insanın yaralanmasını  hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə  çatdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.