Dünya

Rusiyanın koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək

26 Sentyabr 2020 16:56
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya istehsalı olan "Sputnik V" koronavirus vaksini yaxın zamanlarda uşaqlar üzərində sınaqdan keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

Onun sözlərinə görə, sınaqlarda uşaqlar könüllülük əsasında iştirak edəcək. Prosesdə ilk mərhələdə böyük, daha sonra azyaşlı uşaqların iştirakı planlaşdırılır. Vaksin uşaqlara burun yolu ilə yeridiləcək.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.