Honkonqda COVID-19-la əlaqədar kütləvi test prosesində 1,7 milyon nəfər iştirak edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Honkonq xüsusi inzibati ərazisində yeni növ koronavirusla (COVID-19) əlaqədar kütləvi testdənkeçmə prosesi başa çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, test prosesində əvvəlcədən qeydiyyatdan keçmiş 1 milyon 783 min nəfər iştirak edib. Çinin materik hissəsindən olan mütəxəssislər də daxil olmaqla, 579 tibb işçisinin icra etdiyi proses zamanı 42 nəfərin test nəticəsi müsbət çıxıb. Həmin şəxslərin yaşadıqları və işlədikləri yerlər ciddi epidemioloji nəzarətə götürülüb.
Şəhər hökumətinin məlumatında deyilir ki, kütləvi testdənkeçmə prosesi başa çatsa da, sakinlər noyabrın 20-dək Honkonqdakı 22 xəstəxanada testdən keçə bilərlər.
Qeyd edək ki, Honkonq hökuməti iyul ayından bəri yoluxma hallarının çoxalması ilə ağırlaşan epidemik vəziyyəti nəzarət altına almaq üçün kütləvi testdənkeçmə prosesinin təşkilinə qərar vermişdi. İki həftə davam edən proses sakinlər üçün ödənişsiz olub və könüllülük prinsipi əsasında baş tutub. Prosesin yekunu olaraq, bəzi karantin tədbirlərinin sentyabrın 18-dən başlayaraq yumşaldılmasına qərar verilib. Bura barların, karaoke klublarının, üzgüçülük hovuzlarının və mövzu parklarının açılması, habelə restoranların fəaliyyət saatlarının uzadılması daxildir. Bundan başqa, hökumət turizm, qida və içki sektoru da daxil olmaqla, pandemiyadan ən çox zərər görən 23 sahəyə təxminən 580 milyon ABŞ dolları yardım ayırmağı qərara alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN





