Dünya

Əfqanıstan hökuməti ilə "Taliban" arasında tarixi danışıqlar başladı

12 Sentyabr 2020 18:54
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə "Taliban" arasında tarixi sülh danışıqları başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıqlarda ABŞ dövlət katibi Maykl Pompeo da iştirak edir.

Əfqanıstan nümayəndə heyətinə ölkənin Milli Koalisiyasının rəhbəri, sabiq vitse-prezident Abdulla Abdulla rəhbərlik edir.

Qeyd edək ki, tərəflər arasında sülh danışıqları barədə razılıq bu ilin fevralında əldə olunmuşdu. Lakin bu müddət ərzində 5 minədək "Taliban" mənsubunun həbsdən azad edilməsi ilə bağlı fikir ayrılıqları mövcud olduğu üçün danışıqlar ləngiyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.