Dünya

ABŞ-da güclü partlayış olub - VİDEO

10 Avqust 2020 23:10
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən qaz partlayışında ən azı 1 nəfər öldü.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidməti öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, bir neçə evdə partlayış olub, ən azı 5 nəfər dağıntılar altında qaldı.

Xilasetmə əməliyyatı zamanı dörd nəfərin dağıntıdan çıxarıldığı, vəziyyətlərinin kritik və ağır olduğu bildirilib, onlar hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.