Dünya

Qazaxıstanda bəzi çimərliklər açılıb

7 Avqust 2020 14:06
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Akmola vilayətində daha çox ziyarətçisi ilə seçilən "Borovoy" və "Zerenda" turizm istirahət ərazilərində çimərliklər açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bölgənin baş sanitar həkiminin müavini Serik Omarxanovun sözlərinə görə, yalnız xüsusi yoxlamadan sonra və epidemioloji sanitar qaydalara riayət etmək şərtilə çimərliklərin açılmasına icazə verilib. Çimərliklərə yalnız xüsusi göndərişi olanlar buraxılacaq.

Xatırladaq ki, Akmola vilayətinin turizm zonaları iyulun 24-dən bağlanmışdı. Bu, koronavirus infeksiyasına yoluxma hallarının artması və tətilə gələnlər arasında məsuliyyətin aşağı olması ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.