Dünya

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

5 Avqust 2020 21:25
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasında da koronavirusa yoluxma hallarının sayı kəskin artdığına görə fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə prefekturanın qubernatoru Hideaki Omura avqustun 5-də bəyan edib.

"Fövqəladə vəziyyət rejimi avqustun 6-dan 24-dək davam edəcək. Biz Aiçi sakinlərini lazımsız və təcili olmayan səfərlərdən çəkinməyə, o cümlədən prefekturadan kənara, digər regionlara səyahət etməməyə çağırırıq".

Qeyd edək ki, mərkəzi şəhəri Naqoya olan Aiçi prefekturası Hönşü adasının mərkəzi hissəsində yerləşir. Bu prefekturada təqribən 7,5 milyon insan yaşayır. Eyni zamanda, burada çoxsaylı sənaye müəssisələri yerləşir.

Bildirilir ki, son doqquz gündə prefekturada sutkada 100-dən çox koronavirusa yoluxan qeydə alınıb və bu fakt yerli hakimiyyət orqanlarını məhdudiyyət tədbirlərini gücləndirməyə vadar edib. Aiçi prefekturasından əvvəl Okinava və Mie prefekturalarında da fövqəladə vəziyyət rejimi elan edilib.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada son sutka ərzində 1200-dən çox koronavirusa yoluxan qeydə alınıb. Beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 41 min 400 nəfəri ötüb, 1035 nəfərin həyatını itirdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.