Vətəndaş cəmiyyəti instututu “Biləcəri səddi”ni məharətlə keçir – İslahatların nəticəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan vətəndaş cəmiyyəti sektorunda aparılan islahatlar müxtəlif yöndə müsbət nəticələr verməkdədir. Artıq "Biləcəri səddi" deyilən mane arxada qalıb. Ölkə QHT-ləri beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməyə başlayıblar.
QHT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı həm də onların prosesə, qəbul olunan qərarlara təsir etməsi ilə xüsusi diqqət çəkir.
Hazırda bir qrup QHT təmsilçisi Keniyada səfərdədirlər. Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. Azərbaycan QHT-ləri BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında müxtəlif panellərdə qlobal diskussiyalara qatılıb.
"Sağlamlığa Xidmət", "Sudan İstifadə Sahəsində Mütəxəssislər", İctimai Birliyinin İctimai Birliyi, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası", Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ictimai birliklərinin rəhbərləri və nümayəndələri Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edirlər. İlk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
Azərbaycanda 2024-cü "Yaşıl Dünya Naminə Həmrəylik ili" olduğunu nəzərə alsaq, bu aksiyada iştirak ölkəmizin yaşıl dünya üçün qlobal mübarizəsinin rəmzi hesab olunur.
Artıq QHT sektorunda uzun illərin paslanmış vəziyyəti aradan qalxır. Nəhayət vətəndaş cəmiyyəti institutu əsl mahiyyətinə uyğun davranmağın, QHT fəlsəfəsinə doğru-düzgün əməl etməyin alternativi olmadığını yəqinləşdirməyə başlayb.
Əslində bu sahədə aparılan ciddi islahatların da məqsədi bizləri məhz QHT fəlsəfəsinin mahiyyətini düzgün anlamağa və bu anlama xidmət etməyə yönləndirmək idi.
Xüsusən də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin həm milli donor, həm də dövlət qurumu olaraq fəaliyyətndəki mütərəqqi yeniliklər bütün vətəndaş cəmiyyəti institutu sektoruna sirayət etməyə başladı.
Ölkə QHT-lərinin nüfuzlu beynəlxalq tədbirlərdə mütəmadi iştirakı, qlobal mövzular üzrə təsirli çıxışları, xarici həmkarları ilə işçi münasibətlər qurmaları Azərbaycan demokratiyasının, cəmiyyət azadlığının, dünyanın gedişatına təsir etmə imkanlarına malik olduğumuzun bariz nümunəsdir.
Ötən il Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsipləri pozaraq Naxçıxanla sərhəddə iri metallurgiya zavodu tikmək planının qarşısının alınması Azərbaycan QHT-lərinin dünya QHT-ləri ilə birliyinin nəticəsində mümkün oldu. Ekologiya yönümlü QHT-lərimiz həyacan təbili çalaraq Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti institutlarını bir müraciət ətrafında birləşdirməyi bacardı, nəticədə Ermənistan haqlı olan güclü təzyiqin nəticəsində tikintini dayandırmalı oldu. Azərbaycan QHT-ləri dünyaya sübut etdilər ki, tikiləcək zavod bütün planetin ekologiyası üçün təhlükəldir.
QHT sektorunun keçmişdə pərçimləndiyi passivlik, primitivlik artıq tarixin arxivinə qovuşur. Yeni dünya düzəninə, qalib, qürurlu və lider dövlət olan Azərbaycanın adına, yürütdüyü daxili və xarici siyasətə adekvat vətəndaş cəmiyyəti institutu formalaşmaqdadır. Bu işdə QHT Agentliyinin də böyük dəstəyini unutmamalı, o dəstəyə uyğun davranmağı özümüzə borc bilməliyik.
Jurnalist Ekspert Mərkəzi
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
XƏBƏR LENTİ
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?





