Dünya

ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq

4 Avqust 2020 11:07
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ tezliklə Əfqanıstandakı hərbi kontingentini azaldacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp müsahibəsində bildirib.

O bildirib ki, Vaşinqton Əfqanıstandakı qoşunların sayını əvvəlcə 8 minədək, daha sonra isə 4 minədək azaltmağı planlaşdırır.

D.Tramp bu prosesin dəqiq vaxtını açıqlamasa da, tezliklə baş tutacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo qoşunların 2021-ci ilin mayınadək Əfqanıstandan tam çıxarılmasının planlaşdırıldığını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.