Dünya

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

11 İyul 2020 15:39
Baxış: 635

Özbəkistan hökuməti iyul ayının sonunadək həftəsonu günlərində özünütəcrid rejimini tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, həmin günlərdə avtomobil nəqliyyatının hərəkəti də dayandırılır.

Qeyd olunur ki, bu qərar ölkədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar qəbul edilib. Ötən gün 438 yoluxma qeydə alınıb ki, bu indiyədək ən yüksək göstərici olub. Son dörd gün ərzində ölkədə yoluxma sayı artmaqda davam edib.

Bu günədək Özbəkistanda 12 206 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.