7 aya 11 milyon yoluxma, 500 mindən artıq ölü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ilin noyabr ayından etibarən Çinin Vuhan əyalətində aşkarlanıb, qısa müddət ərzində bütün dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı 11 milyonu keçib.
Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bir az əvvəlki statistikasına əsasən bu virusa yoluxanların sayı 11 milyon 10 min 911-ə çatıb.
Yeni növ koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 524,559 nəfərdir. 6 milyondan çox insan müalicə olunaraq evə buraxılıb.

Koronavirusa görə ən çox ölüm halları ABŞ, Braziliya, Britaniya, İtaliya və Fransada baş verib. Əhali nisbətinə görə ən çox ölüm halı isə Belçikada baş verir.
Bu virus 212 ölkədə qeydə alınıb, tək-tük ölkələr istisna olmaqla, qalanlarında sərt karantin rejimi tətbiq olunub. Karantin rejimi tətbiq olunmayan ölkələrdən olan Braziliya, İsveç və Belarusiyada vəziyyət heç də ürəkaçan deyil. Xüsusən də, Braziliya yoluxma və ölüm sayına görə siyahıda ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu günün səhər saatlarının statistikasına görə yoluxma üzrə rəqəmlər 10,991 min idi.
Məlumat üçün bildirək ki, dünyada hər gün 100 minə yaxın insan müxtəlif səbəblərdən ölür. Koronavirusa görə günlük ölənlərin sayı isə 6-7 min arası dəyişir. Bu isə gündəlik ölüm hallarının cəmi 0,006 faizinin koronavirusun payına düşməsi deməkdir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





