Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir saniyə ərzində 100 xaker hücumu
20 Aprel 2010 21:53
Baxış: 1 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rabitə və İnformasita Texnologiyaları Nazirliyinin saytında verilən xəbərə görə, bu barədə kompüter təhlükəsizliyi üzrə dünyanın ən iri proqram təminatı istehsalçısı "Symantec" şirkətinin bu yaxınlarda açıqladığı hesabatda qeyd olunur.
Hesabatda təqdim olunan məlumata görə, 2009-cu ildə internetdə qanunsuz müdaxilələrin sayı 2008-ci illə müqayisədə 71 faiz artıb.
Xaker müdaxilələrinin əksər hallarda zərərsiz olmasına baxmayaraq hər 4,5 saniyədə bu hücumların biri ciddi xətər yetirir.
Ötən il ərzində "Symantec" tərəfindən internetdə 2,9 milyon virus, "troyan" və digər zərərli proqram qeydə alınıb ki, bunlardan 51 faizi tamamilə yeni virus proqramları olub.
Hesabatda qeyd olunur ki, son zamanlar kibercinayətkarlar daha tez-tez istifadəçi kompüterlərindən bot-şəbəkələri yaradır ki, bu cür maşınları onların sahiblərinin xəbəri olmadan spam yayımı və ya şəxsi məlumatların oğurlanması üçün istifadə etmək olur. "Symantec" ekspertləri qeyd edir ki, ötən il internetdə yeddi milyona yaxın personal kompüter bot-şəbəkələrə qoşulub.
"Symantec"-in eksperti Toni Osbornun sözlərinə görə, kompüterlərdən şəxsi informasiyanın mənimsənilməsi bir çox istifadəçi üçün gündəlik məşğuliyyətə çevrilib.
Korporativ əməkdaşlar və şirkətlər haqqında informasiya əldə etmək istəyən kibercinayətkarlar sosial şəbəkə və poçt xidmətlərinə də diqqət yetirməyə başlayıb.
Kompüter cinayətinin artımı inkişaf edən ölkələrdə də qeydə alınır. Xüsusən də bu cür halların çoxalması əhalinin əksər hissəsinin gündəlik işlər üçün internetdən istifadə etdiyi Hindistan və Braziliyada müşahidə olunur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama