Avstriya koronavirus böhranı ilə əlaqədar Aİ-nin əvəzsiz subsidiyaların verilməsinə qarşıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriya Avropa İttifaqının koronavirus böhranın öhdəsindən gələ bilmək üçün əvəzi ödənilməyəcək subsidiyaların deyil, müddətli və geri ödənilməsi tələb olunan yardımlara tərəfdardır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Avstriyanın Federal Kansleri Sebastian Kurts videoformatda qonaq qismində qatıldığı Almaniya Xristian-Sosialist İttifaqının (CSU) partiya qurultayında söyləyib. Qeyd edib ki, Avstriyanın da qoşulduğu bir neçə ölkə Aİ tərkibində "arxa qapıdan vəsaitlərin paylandığı borc ittifaqı" yaradılmasına qarşı çıxır, çünki əvəzsiz verilən subsidiyalar uzunmüddətli perspektivdə Avropaya zərər yetirəcək. Kansler koronavirus böhranı ilə əlaqədar çətin maliyyə vəziyyətinə düşən üzv ölkələrə əvəzi ödənməyən təcili subsidiya yardımları əvəzinə, geri ödənməli kredit proqramlarını dəstəklədiklərini ifadə edib.
Qeyd edilməlidir ki, Almaniya və Fransa hökumətləri Avropa Komissiyasına maliyyə bazarlarından Aİ adından kredit götürülməsinə icazə verən yardım planı təklif edib. Həmin vəsaitlər 500 milyard avroluq yenidənqurma fonduna daxil edilməli və Aİ büdcəsindən böhranın ağır zərbə vurduğu ölkələrə geri ödənməsi tələb olunmayan birdəfəlik subsidiyalar şəklində təqdim olunmalıdır.
Avstriya bu plana qarşı çıxaraq Niderland Krallığı, Danimarka və İsveçlə birlikdə alternativ plan təqdim edəcəklərini elan edib. Bu ölkələr ümumi borc hesabına ölkələrin dəstəklənməsini deyil, müəyyən şərtlər çərçivəsində kredit imkanlarının nəzərdə keçirilməsini istəyirlər.
Yaxın günlərdə dördlüyün maliyyə yardımı planı təqdim olunmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Tehrandan nüvə təhdidi
-
Putinin istirahət günü yoxdur - Peskov
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
XƏBƏR LENTİ
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)





