Dünya

Kipr iyunda xarici turistləri qəbul edəcək

23 May 2020 11:41
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Nəqliyyat, Kommunikasiya və İctimai İşlər naziri Yannis Karusos deyib.

O bildirib ki, iyunun 1-dən ölkədə hotellər fəaliyyətə başlayacaq.

Nazirin sözlərinə görə, ilkin mərhələdə Kipr 19 ölkədən turistləri qəbul edəcək və bu ölkələr də, öz növbəsində, iki qrupa bölünəcək:

"Birinci qrupa Yunanıstan, Malta, Bolqarıstan, Norveç, Avstriya, Finlandiya, Sloveniya, Macarıstan, İsrail, Danimarka, Almaniya, Slovakiya və Litva daxildir. İkinci qrupda isə İsveçrə, Polşa, Rumıniya, Xorvatiya, Estoniya və Çexiya yer alır".

O əlavə edib ki, turistlərin qəbulu iki mərhələdə aparılacaq. Birinci mərhələ iyunun 9-dan 19-dək davam edəcək, ikinci mərhələ isə iyunun 20-də başlayacaq.

Qeyd olunur ki, Kiprə səfər etmək niyyətində olan turistlər uçuşdan əvvəl 72 saatdan gec olmayaraq koronavirusa yoluxmamaları barədə sənəd əldə etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.