Dünya

İran ABŞ-la məhbusları dəyişməyə hazırdır

10 May 2020 12:01
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hakimiyyəti məhbusların ilkin qeyd-şərtsiz dəyişdirmək üçün ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.

APA-nın "Khabar Online" portalına istinadən verdiyi məlumata görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

Ə. Rabi ABŞ-ın hələlik bu çağırışa cavab vermədiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl "Reuters" ABŞ-ın yaxın vaxtlarda iranlı alim Sirus Əsgərinin İranda saxlanılan ABŞ vətəndaşlarından biri ilə dəyişməyə hazırlaşdığını yazıb.  S.Əsgəri  koronavirusa yoluxub və hazırda tibbi yardım alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.