Dünya

Çin Kim Çenə görə həkimlər göndərdi

25 Aprel 2020 11:09
0 Şərh     Baxış: 2 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti Kim Çen Inın kritik vəziyyəti ilə bağlı yayılan şayiələrin ardından tibbi ekspertlərdən ibarət bir qrup mütəxəssisi Şimali Koreyaya göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" 3 mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin yüksək səviyyəli nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də KXDR-ə yollanıb. 

Agentlik məlumatı Kim Çen Inın sağlamlığı ilə bağlı şayiələrlə bağlayır. Hər iki dövlətin beynəlxalq qurumları bu məlumatı hələ şərh etməyib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı ABŞ kəşfiyyat nümayəndələrinə istinadən Kim Çen Inın ürək əməliyyatından sonra ağır vəziyyətdə olduğuna dair informasiya yayıb. Daha sonra Cənubi Koreya agentliyi "Yonhap" sözügedən məlumatı təkzib edib. 

Bir neçə gün əvvəl isə "Röyters" ölkə rəhbərinin komada olduğunu elan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.