"WikiLeaks” sahibinin gizli həyatı: 2 oğlu varmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"WikiLeaks" saytının banisi və sahibi Culian Assanjın nişanlısı olduğunu söyləyən Cənubi Afrika əsilli vəkil Stella Morrisin reportajı yayılıb.
Videoda 2016-cı il doğumlu Qabriel və onun qardaşı 2019-cu il doğumlu Maks da nümayiş etdirilib. Britaniyanın "The Daily Mail" qəzeti Culian Assanjın gizli şəkildə iki oğula sahib olduğunu bildirib.
Adıçəkilən qəzetə geniş müsahibə verən 37 yaşlı vəkil Morris 2011-ci ildə Assanjla ilk dəfə görüşdüklərini və münasibətlərinin 2015-ci ildə başladığını söyləyib.
İsaveç və ispan dillərində səlist danışan Stella Morris uzun illərdir, şəxsi həyatının gizliliyini qorumağa çalışdığını bildirib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, vəkil "WikiLeaks" saytının qurucusu Culian Assanjın iki övladı olduğunu açıqlayıb və koronavirusun yayılması səbəbiylə Assanjın həyatı ilə əlaqədar narahat olduğunu dilə gətirib.
Onlara qarşı davamlı şəkildə casusluq fəaliyyətinin olduğunu iddia edən Stella Morris görülən bütün tədbirlərə baxmayaraq, ailəsini qoruya bilməyəcəyini başa düşdüyünü ifadə edib.
O, uşaqlarının və Culian Assanjın həyatına görə narahat olduğunu deyib: "Culianın zəif fiziki durumu onu risk qrupundakı digər insanlar kimi ciddi təhlükə altında qoyur".
Avstraliya doğumlu Culian Assanj Britaniyanın təhlükəsizlik baxımından ən üstün həbsxanası olan Belmarşda saxlanılır. O, Ekvador səfirliyində 7 il qaldıqdan sonra həmin həbsxanaya aparılıb.
Məlum olub ki, Qabriel doğularkən atası prosesi canlı yayımla izləyirmiş. Amerika casuslarının uşağın həqiqətən də Assanja məxsus olduğunu müəyyən etmək üçün onun DNK-sını əldə etməyə çalışdığı iddia olunur.
Qəzet bildirib ki, əgər Assanj tezliklə həbsdən buraxılmasa o, uşaqlarının anası ilə elə həbsxanada evlənməli olacaq. O da məlum olub ki, uşaqlar da atalarını həbsxanada ziyarət edib.
Culian Assanjın iki oğlunun olması xəbəri onun dostlarını da, düşmənlərini də heyrətləndirib.
Qəzet yazır ki, Culian Assanjın həyatı həqiqətən də təhlükə altındadır. Onun saxlanıldığı həbsxanada artıq bir məhbus koronavirus səbəbindən vəfat edib.
Stella Morris hazırda Londonda yaşayır. Culian Assanjın anası və atası öz nəvələri ilə tez-tez görüşürlər. Britaniyanın bir sıra nüfuzlu şəxsləri Culian Assanja və onun xanımına dəstək verirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





