Dünya

Rusiyalı professor koronavirus aqressiyasının azalacağını deyir

30 Mart 2020 15:06
1 Şərh     Baxış: 2 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aprel ayında koronavirusun aqressivliyi azalacaq".

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Moskvanın 67 saylı xəstəxanasının elmi araşdırma bölməsinin müdiri, professor Vladimir Şumilov deyib.

Onun sözlərinə görə, apreldə infeksiyanın yayılmasında azalma müşahidə oluna bilər: "Mən daha nikbin proqnoza köklənmişəm".

Son məlumatlara görə, Rusiyada 1534 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan 8 nəfər ölüb, daha 64 nəfər isə sağalıb. Ümumilikdə dünyada 722,4 mindən çox yoluxma halı qeydə alınıb.

Yeri gəlmişkən, bu gündən etibarən yaşından asılı olmayaraq Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.