Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb

13 Mart 2020 09:14
0 Şərh     Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxmuş Ermənistan vətəndaşlarının sayı altı nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Bundan əvvəl ölkə Səhiyyə Nazirliyi bildirmişdi ki, Ermənistanda 4 koronavirus hadisəsi təsdiqlənib.

Koronavirus infeksiyasının ilk halı martın 1-də, daha üçü - 11 martda aşkarlanıb:

"Bizdə daha iki koronavirus hadisəsini təsdiq etdik. Bu əvvəllər yoluxmuş qadının əri və əmisi oğludur. Üçü də Eçmiadzin sakinləridir".

Onun sözlərinə görə, hər ikisi həkimlərin nəzarəti altında olub və təcrid olunbular: "Həkimlər virusu karantin şəraitində aşkarladılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.