Dünya

Çində yeni koronavirus qurbanlarının sayı 3012-ə çatıb

5 Mart 2020 09:09
0 Şərh     Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində yeni koronavirus qurbanlarının sayı 3012 nəfər təşkil edib, 52 mindən çox insan sağalıb, virusa yoluxmuş insanların sayı 80,4 min nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələri üzrə Dövlət Komitəsi bildirib.

Martın 4-də Komitə 80,2 mindən çox yoluxmuş insanlar, 2981 ölən və 49,8 mindən çox sağalmış şəxs haqqında məlumat vermişdi. Gündəlik aşkar olunan yeni yoluxma hallarının sayı 20 nəfər artaraq 139-a çatıb, ötən gündə qeydə alınan ölüm hadisələrinin sayı yeddi nəfər azalaraq 31-ə enib. 2189 nəfər sağalaraq evə buraxılıb.

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm nisbəti bir gün əvvəl 3.71% əvəzinə 3.74% təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.