Siyasət

Azərbaycan Prezidenti: Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir

24 Sentyabr 2025 11:12
Baxış: 257

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı əlavə edib ki, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.