Dünya

Bu ölkədə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

29 Fevral 2020 00:45
0 Şərh     Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə hökuməti yeni növ koronavirus təhlükəsi ilə əlaqədar ölkədə keçirilən və mindən artıq şəxsin iştirakı nəzərdə tutulan bütün kütləvi tədbirləri qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şimali İtaliyada virusun yayılması ilə əlaqədar Alp ölkəsində bir sıra böyük tədbirlər təxirə salınıb. Təxirə salınan tədbirlər arasında avtomobil bazarında özünəməxsus yerə malik "Cenevrə Avtosalonu" (5-15 mart) da var.

Kütləvi tədbirlərin qadağan olunmasına dair qərar martın 15-dək qüvvədə olacaq, aktual vəziyyəti nəzərə alaraq qadağanın uzadılması barədə qərar həmin vaxt veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.