Dünya

İranda parlament seçkilərində səsvermə başa çatıb

22 Fevral 2020 08:43
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda parlament seçkilərində səsvermə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, parlament seçkiləri yerli vaxtla saat 08:00-da başlayıb və 18:00-da yekunlaşmalı idi. Lakin məntəqələrdə seçicilərin sayının çox olduğundan seçki məntəqələri saat 23:30-da bağlanıb.

Bildirilir ki, seçkilər sakit keçib, səsvermə zamanı ciddi insident baş verməyib.

Qeyd edәk ki, İranda keçirilәn sayca 11-ci parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır. Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min seçici var. Seçkilәr 208 dairə və 54 mindən çox məntqədə həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.