Dünya

Tokayev iğtişaşlara görə rəhbər şəxslərin işinə son verdi

10 Fevral 2020 21:25
0 Şərh     Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iğtişaşların baş verdiyi Jambıl vilayətinin rəhbərini vəzifəsindən kənarlaşdırıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tokayev Jambıl akimi Askar Mırzahmetovla onun sosial məsələlər üzrə müavini Suluşaş Kurmanbekovu, Korday rayonunun akimi Bolatbek Baytolenin işinə son verib. Bundan başqa, şəhər polis bölmələrinin rəhbərləri də işdən çıxarılıb.

Jambıl vilayətinin yeni rəhbəri isə Baş Nazirin müavini Berdibek Saparbayev təyin edilib.

Xatırladaq ki, fevralın 8-də Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı 10 nəfər ölüb, 50-dək insan isə saxlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.