Dünya

Tailandda rus turistləri daşıyan qayıqlar toqquşdu: 2 ölü, 20 yaralı

10 Fevral 2020 11:17
0 Şərh     Baxış: 1 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandın Phuket adasında turistləri daşıyan iki sürətli qayıq toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində Rusiya vətəndaşları olan iki uşaq vəfat edib. Onların 12 yaşlı oğlan və 6 yaşlı qız olduğu bildirilir.

Qeyd olunur ki, ümumilikdə qayıqlarda 40 nəfər olub ki, onların əksəriyyətini ruslar təşkil edib. Xəsarət alan 20 rus xəstəxanalara yerləşdirilib. Ekipaj üzvləri yaralanmayıb.

Rusiyanın Tailanddakı səfirliyi faktı təsdiqləyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.