Dünya

Brent markalı neftin qiyməti düşür

5 Fevral 2020 08:08
0 Şərh     Baxış: 6 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxması ehtimalı yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çində koronavirusun yayılması fonunda bayram tətillərinin uzadılması və hava nəqliyyatları vasitələri ilə daşınmalarının azalması səbəblərindən, 2020-ci ildə ölkədə neftə tələbat 2009-cu ildən sonra ilk dəfə düşəcək. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkəti hesab edir ki, ən böyük idxalçı tərəfindən neft istehlakının azaldılmasını, OPEK-in neftin qiymətinin bir barrel üçün 50 dollardan yuxarı qalması üçün hasilatın azaldılmasın tələb edəcək.

"Wood Mackenzie"ə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər, o cümlədən hava daşımalarında məhdudiyyətlər, 2020-ci ilin birinci rübündə dünyada neftə olan tələbatın 98.8 milyon b/s-ya qədər azaldılmasına səbəb olacaq. Eyni zamanda, Çinin özündə də neftə olan tələbat 13 milyon b/s-ya düşəcək ki, bu da 2009-cu ildən indiyədək ilk dəfədir.

OPEK ölkələri bu günlərdə vəziyyətlə əlaqədar təcili iclas keçirirlər. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyinin bəlli olmaması OPEC-in yeni məhdudiyyətlərə dair qərar qəbul etməsini çətinləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.