AB-nin yeni viza qaydaları qüvvəyə minib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı ölkələrinə səfərləri asanlaşdıran və miqrasiya böhranını həll etməyə kömək edəcək Şengen vizalarının yeni verilmə qaydaları bu gündən qüvvəyə minib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti bəyanat yayıb.
Viza qaydalarının dəyişdirilməsi barədə qərar AB-nin Şurası tərəfindən ötən ilin iyununda qəbul edilib. Yeni qaydalar leqal səyahət edənləri daha asan və daha sürətli viza prosedurları ilə təmin edəcək, altı ay əvvəl və ya səfərə 15 gün qalmışdan gec olmayaraq ərizə verməyə, ərizə formasını elektron formada doldurmağa və imzalamağa, müsbət viza tarixi olan müntəzəm səyahət edənlər üçün bir ildən beş ilə qədər artan çox dəfəli vizananın verilməsinə imkan verəcək.
Qeyd edilir ki, viza müraciəti zamanı konsuluğa ödənilən məbləq 60 avrodan 80 avroya qaldırılıb.
Qeyri-qanuni miqrasiyaya gəldikdə, yenilənmiş qaydalar viza prosedurlarında yeni mexanizm tətbiq etməklə üçüncü ölkələrlə (AB-yə daxil olmayan ölkələr) əməkdaşlığı yaxşılaşdırmağa kömək edəcək. Bu mexanizm çərçəvəsində Avropa Komissiyası mütəmadi olaraq üçüncü ölkələrin readmissiya sahəsində əməkdaşlığını qiymətləndirəcək. Ölkənin əməkdaşlıq etmədiyi hallarda, Avropa Komissiyası Şuraya vizaların verilməsi ilə bağlı xüsusi məhdudlaşdırıcı tədbirlərlə əlaqədər qərar qəbul etmək üçün müraciət edəcək.
Digər tərəfdən, readmissiya ilə bağlı əməkdaşlıq edən halda həmin ölkədə viza rüsumlarının və viza verilməsinin qərarı ilə bağlı müddətin azaldılmaları və ya səyahət vizasının müddətinin uzadılmasını təmin edən icra qərarı təklif ediləcək.
Yenilənmiş qaydalar, Şengen zonasının üzvü olan 22 AB ölkəsinə giriş üçün qısamüddətli vizaların alınmasına tətbiq edilir. Bu ölkələr - Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lyuksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakia, Sloveniya, İspaniya və İsveçdir. Bundan əlavə, yeni qaydalara görə İslandiya, Lixtenşteyn, Norvec və İsveçrəyədə viza almaq olacaq. Adı çəkilən olkələrdən birinə verilmiş birdəfəlik qisa müddətli şengen vizası ilə 180 gün müddəti içində 90 gün bütün digər sadalanmış ölkələrə getmək olacaq.
Avropa Komissiyasının məlumatına görə, hazırda Şengen ölkələrini ziyarət etmək üçün 105 ölkənin vətəndaşlarına viza alınması gərəkir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
XƏBƏR LENTİ
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski





