Dünya

Peruda ildırım 10-dan çox insanı öldürdü

30 Yanvar 2020 08:12
0 Şərh     Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peruda dörd gün ərzində ildırım vurması nəticəsində ən az 13 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisələr dağliq əyalətləri Kanas, Kançis və Espinarda baş veriblər.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri qeyd edirlər ki, bu təbii hadisənin tez-tez baş verdiyi bölgədə insanların təhlükəsizliyi "həyati zərurət məsələsidir".

Perunun Milli Meteoroloji və Hidroloji Xidməti sakinləri fırtına olduğu və şimşək çaxdığı zamanları tədbir görməyə çağırıb: ağacların altında, pəncərələr və qapılar yaxınlığında dayanmamalı, məişət texnikası və mobil telefonları söndürməli və çətirdən istifadə etməməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.