Dünya

Misir məhkəməsi Qahirə Universitetində niqabı qadağan edib

29 Yanvar 2020 21:17
1 Şərh     Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir məhkəməsi Qahirə Universitetində qadın müəllim heyəti arasında niqabı qadağan edən qərar çıxarıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə misirli vəkil Əhməd Məhran məlumat verib.

Qeyd olunub ki, Qahirənin İnzibati Hüquq Məhkəməsi Qahirə Universitetinin niqab geyinən 80 müəllim və əməkdaşının apellyasiya şikayətini təmin etməyib. Həmin əməkdaşlar universitet kampuslarında niqabın qadağan edilməsi barədə bundan əvvəlki məhkəmə instansiyasının qərarına etiraz etmişdilər.

Vəkil jurnalistlərə müsahibəsində bildirib ki, məhkəmənin son qərarı qətidir və ondan şikayət verilə bilməz. O qeyd edib ki, Misirdə qadınların əksəriyyəti saçlarını örtmək üçün hicabdan istifadə edirlər, lakin niqab adətən ifrat mühafizəkar qadınlar tərəfindən geyilir.

Qahirə Universiteti Misirin ən qocaman ali təhsil müəssisəsidir. Onun rektoru Məhəmməd Osman Elxoşt yerli mətbuata müsahibəsində bildirib ki, universitet rəhbərliyi məhkəmənin qərarına hörmətlə yanaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.