Dünya

Hakimin avtomobilinə bomba qoyuldu - Kipr çempionatı dayandırıldı

18 Yanvar 2020 08:08
0 Şərh     Baxış: 1 028
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kipr Futbol Federasiyası  ölkə çempionatının oyunlarını qeyri-müəyyən tarixə kimi təxirə salıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna Kipr çempionatının hakimlərindən olan Konstantino üçün sui-qəsd hazırlanması səbəb olub. Belə ki, naməlum şəxslər 33 yaşlı hakimin evinin qarajındakı avtomobilinə bomba qoyaraq hadisə yerindən uzaqlaşıblar. Partlayış zamanı hakim avtomobildə olmayıb. Ancaq avtomobilə ciddi zərər dəyib.

Baş verənlərdən sonra Kipr Futbol Federasiyası çempionatın dayandırıldığını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.