Dünya

Ana 3 yaşlı qızını öldürdüyünü etiraf etdi - Səbəbi dəhşətə gətirir - FOTO

13 Yanvar 2020 14:39
7 Şərh     Baxış: 9 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ana 3 yaşlı qızını öldürdüyünü etiraf edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, dəhşətli olay Rusiyada yaşanıb.

Mariya Plenkina adlı 21 yaşlı qadın 3 yaşlı qızı Kristinanı evdə tək qoyaraq 1 həftəlik əyləncə mərkəzinə gedib.

Azyaşlının ölümü ilə bağlı keçirilən məhkəmədə hakim bildirib ki, evdə tək qalan Kristina o qədər ac olub ki, yuyucu toz yeyib.

Azyaşlı tapılan zaman çılpaq olub və onun acından öldüyü təsdiqlənib. Qızı onun nənəsi tapıb. O, dərhal polisə xəbər verib.

Məhkəmə Mariyanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.