Dünya

“Coker”in ulduzu saxlanıldı

11 Yanvar 2020 18:00
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da aktyor Hoakin Feniks aktrisa Ceyn Fondanın iqlim dəyişikliyinə qarşı təşkil etdiyi mitinqdə saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, etiraz aksiyası yanvarın 10-da Vaşinqtonda keçirilib. Feniks orada ət və südçülük təsərrüfatının iqlimə təsir etməsi barədə çıxış edib. Bundan sonra o, saxlanılıb. Daha ətraflı məlumat verilmir.

Mitinq zamanı ümumilikdə 150-ə yaxın insan saxlanılıb. Buna səbəb etiraz aksiyasının qeyri-qanuni keçirilməsi olub.

Hoakin Feniks tamaşaçılara daha çox "Coker" filmində yaratdığı eyniadlı obrazla tanışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.