Dünya

“Bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim” - SEPAH generalı

11 Yanvar 2020 16:07
6 Şərh     Baxış: 3 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehranda hərbiçilər tərəfindən vurulan Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit hərbi birləşməsi öz üzərinə götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, korpusun aerokosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə təyyarə qəzası barədə öyrəndikdən sonra ölmək istədiyini deyib:

"Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim. İranın hava hücumundan müdafiə sistemi təyyarəni kruiz raketi kimi qeydə alıb. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və hakimiyyətin qəbul etdiyi hər hansı bir əmrə əməl etməyə hazırıq".

İran Prezidenti Həsən Ruhani təyyarənin vurulması nəticəsində 167 sərnişin və 9 ekipaj üzvünün ölməsinə görə istintaqın davam edəcəyini və günahkarların cəzalandırılacağını vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.