Dünya

"Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır"

6 Yanvar 2020 16:02
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyada tərəflər zərər çəkmədən gərginlik nəzarətə götürülməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D" və "CNN Türk" televiziya kanallarının birgə yaydıqları "Özəl olaraq Prezidentlə" proqramında ifadə edib.

Dövlət başçısı Türkiyə gündəliyində olan məsələlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Liviya ilə əməkdaşlıq anlaşmasının icra vəziyyəti barədə məlumat verən dövlət başçısı bildirib ki, artıq prosesə başlanılıb. Liviyanın dünya birliyi tərəfindən qəbul edilən qanuni hökumətinin dəvəti əsasında bu ölkədə xidmət edəcək Türkiyə Silahlı Qüvvələrinin birləşmələri tərəflər arasında razılaşmanın şərtlərinə uyğun fəaliyyət göstərəcək. Prezident deyib ki, Türkiyə ordusunun Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi bu ölkədə baş verə biləcək insani fəlakətlərin qarşısını almaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.