Dünya

Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib

3 Yanvar 2020 11:59
8 Şərh     Baxış: 2 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın İraqda keçirdiyi əməliyyat nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə Bağdad aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.

Aviazərbə Süleymani təyyarəni tərk etdikdən sonra endirilib, partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. O, bu üzüklə dəfələrlə görüntülənib. 

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.