Dünya

Türkiyə hotellərində yeni ildən yeni vergi

1 Yanvar 2020 20:01
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə hotellərdə qalan turistlər əlavə vergi ödəyəcək. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq fərman ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Sənədin mətni "Resmi Gazete" dövlət portalında yerləşdirilib.

Aprelin 1-dən 2020-ci ilin sonunadək vergi 1% civarında tutulacaq. 2021-ci ildə isə o, 2%-ə yüksələcək.

Vergini hotel, mehmanxana, pansionat, qonaq evi, eləcə də apart və butik-otellərin sakinləri ödəyəcək. Vergi qonaqlar üçün ayrıca sənəd kimi rəsmiləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.