Dünya

Yanacaqdoldurma məntəqəsində baş verən partlayışın GÖRÜNTÜLƏRİ - VİDEO

7 Dekabr 2019 14:29
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında yanacaqdoldurma məntəqəsində (YDM) baş verən partlayışın videosu təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Mədinə şəhərində qeydə alınıb.

Kadrlarda, partlayışın şiddətindən asfaltın qırıldığı və qırılan asfaltın arasından alovun yüksəldiyi görülür. YDM-nin ərazisində olan insanlar, partlayışın təsiri ilə həyəcanlanaraq qaçırlar.

Bildirilir ki, partlayış YDM-nin anbarında baş verib, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin səbəbi isə hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.