Dünya

Peterburq metrosunda bomba həyəcanı

7 Dekabr 2019 08:02
0 Şərh     Baxış: 1 356
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sankt-Peterburqun Fövqəladə Xidmət Mərkəzinə şəhərin 20 metrostansiyasının partladılacağı ilə bağlı anonim zəng olunub.

Anonim zəng səbəbindən yoxlama aparılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "RBK"ya "Peterburqski metropoliten" Dövlət Unitar Müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

İnsident yerli vaxtla saat 14:00 radələrində baş verib. "Bütün stansiyaları yoxladıq, şübhəli heç nə aşkarlamadıq. Bununla hüquq mühafizə orqanları məşğul idi, başqa heç nə bilmirik", - mətbuat xidmətindən bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mərkəzi və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətləri sözügedən məlumatı şərh etməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.