Dünya

İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək

21 Noyabr 2019 12:07
5 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda "Vilayət Səması Müdafiəçiləri" havadan müdafiə hərbi təlimləri keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran ordusu elan edib.

Məlumata görə, hərbi təlimlər İranın şimalında yerləşən Simnan vilayətində 416 min kvadrat-kilometr ərazidə keçiriləcək.

Hərbi təlimlərdə məqsəd silahlı qüvvələrin həqiqi döyüşə yaxın şəraitdə havadan müdafiə üzrə döyüş hazırlığı və gücünün artırılmasıdır.

İran ordusu bildirir ki, hərbi təlimlərdə müxtəlif yerli raket sistemləri, hava təhdidləri ilə qarşılaşmaq üçün müxtəlif radarlardan istifadə olunacaq.

Məlumatda təlimlərin hansı tarixdə keçiriləcəyi elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.