Dünya

Qar bu ölkəni iflic etdi - Məktəblər bağlandı

17 Noyabr 2019 09:14
3 Şərh     Baxış: 3 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "İSNA" agentliyi vilayətin qubernatoru Mohseni Banpeyaya istinadən bildirib.

M.Banpeya deyib ki, meteoroloji xidmətin proqnozuna görə, Tehran vilayəti üzrə ibtidai və orta məktəblər səhər və günorta növbələrində bağlanacaq, artıq noyabrın 17-də bağlı olacaq.

Agentlik bildirir ki, hava proqnozuna görə, həftə sonları Tehranda qar, yağış və güclü külək gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.