Dünya

"Toyota" 1 mindən çox avtomobili geri çağırdı - SƏBƏB

8 Noyabr 2019 20:00
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toyota Motor" şirkəti Rusiyada 1,1 mindən çox "Land Cruiser Prado" avtomobilini geri çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar avtomobillərdə yüksək təzyiqli yanacaq nasosunu rampa ilə birləşdirən borunun düzgün quraşdırılmaması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, bu qüsur nəticəsində yanacaq sızması və mühərrikin işinin dayanması qeydə alına bilər.

Geri çağırılma 2018-ci ilin martından 2019-cu ilin aprelinədək Rusiyada satılmış dizel mühərrikli modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.