Merkel Ərdoğana zəng vurdu - “Hücumu dərhal dayandırın”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın nüfuzlu "Die Welt" dərgisi bildirir ki, kansler Angela Merkel "Türkiyəni Suriyada hərbi hücumlara dərhal son qoymağa çağırıb". Bu barədə bazar günü Federal Hökumətin nümayəndəsi açıqlama yayıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "Die Welt" bildirir ki, Türkiyənin təhlükəsizlik maraqlarına baxmayaraq keçirilən hərbi əməliyyat yerli əhalinin böyük bir hissəsinin didərgin düşməsinə, bölgədə sabitliyin pozulmasına və İŞİD-in güclənməsinə gətirib çıxara bilər.
Kansler Merkel, Rəcəb Tayyib Ərdoğanın istəyi ilə Türkiyə prezidenti ilə telefon əlaqəsi saxlayıb. Federal Hökumətin yaydığı xəbərdə belə deyilir.
"Danışıq zamanı Türkiyənin hərbi əməliyyatlara başlamasından sonra Suriyanın şimal-şərqindəki vəziyyət diqqət mərkəzində olub. Suriyanın İdlib əyalətindəki vəziyyət və Türkiyənin Aralıq dənizinin şərqində qaz kəşfiyyatı ilə bağlı gördüyü işlərə diqqət yetirilib".
Xristian Demokrat İttifaqı (CDU) lideri Annegret Kramp-Karrenbauerisə daha əvvəl Türkiyənin başladığa hərbi əməliyyatı kəskin şəkildə tənqid etmişdi. NATO tərəfdaşı olan Türkiyənin işğalçı gücə çevrilməsinin qarşısının alınmasından danışmışdı.
Xanım siyasətçi əmindir ki, NATO ölkələri bu məsələ ilə bağlı Türkiyəyə "dəqiq cavab" verməlidir. O, həmçinin kürdləri pis vəziyyətdə qoyan ABŞ-ı da tənqid atəşinə tutmuşdu. Bildirmişdir ki, Almaniyanın hərbi təlim keçdiyi kürd döyüşçülər radikal islamçılara-İŞİD-ə qarşı mübarizədə uğur qazanmışdı. İndi isə kürdlərə siqnal göndərilir ki, biz sizi tərk etməliyik.
"Die Welt" bildirir ki, Türkiyə ordusu Suriyanın sərhəd şəhəri olan Tal Abjadı işğal edib. Suriyada Britaniyaya bağlı İnsan Haqlarını Müşahidə qrupu isə bildirib ki, bu şəhər Türkiyənin çərşənbə günü başlayan hücumundan bəri ələ keçirdiyi ən böyük şəhərdir. Türkiyənin dövlət xəbər agentliyi "Anadolu" da bu xəbəri təsdiqləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





