Dünya

Gürcüstanda "Mavi balina" oynayan gənc və anası intihar edib

1 Oktyabr 2019 11:57
2 Şərh     Baxış: 4 250
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9 mərtəbədən ataraq intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qohumları gəncin "Mavi balina" oynadığını bildiriblər.

Oğlunun ölümündən sonra anası da intihar edib. 

Oğlanın təhsil aldığı ictimai məktəbin direktoru bildirib ki, ailə üzvlərinin ölümündən sonra evdə şübhəli qeydləri olan bir vərəq tapılıb. 

Faktla bağlı Gürcüstan cinayət məcəlləsinin intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.