Dünya

Sarkisyanın qardaşı həbs edildi

13 Sentyabr 2019 21:04
0 Şərh     Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Naira Arutunyan məlumat verib.

"Şimal-Cənub avtomobil yolunun tikintisi layihəsinin hazırlanması və icrası zamanı sui-istifadə faktları ilə bağlı araşdırma aparılır. İstintaq davam edir"-, deyə Arutunyan əlavə edib.

Bildirilir ki, Levon Sarkisyan "Şimal-Cənub" yolunun tikintisi zamanı qanun pozuntularında ittiham olunur. O, axtarışa verilib. Bəzi məlumatlara görə, L. Sarkisyan hazırda Livandadır.

Qeyd edilir ki, Levon Sarkisyan ilk dəfə 2018-ci ilin iyulunda ona qarşı qaldırılmış başqa bir iddia ilə axtarışa verilib. L. Sarkisyana qarşı qanunsuz yolla varlanmaq və gəlirləri gizlətmək ittihamı irəli sürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.