Dünya

1 milyard dollar kimin “cibinə” getdi?

8 Sentyabr 2019 10:58
0 Şərh     Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyuta bazarında bütün iri sövdələşmələri izləyən "Whale Alert" proqramı dollar ekvivalenti ilə dəyəri 1 milyarddan yuxarı olan 94 min 500 bitkoinin naməlum "pul kisəsinə" transfer edildiyini qeydə alıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, həmin məbləğ ora 15 ayrı "pul kisəsindən" köçürülüb. Bu köçürmədən sonra naməlum "pul kisəsi" dərhal saxladığı pulun həcminə görə kriptovalyuta bazarında dördüncü yerə yüksəlib.

Ekspertlər təxmin edirlər ki, bu köçürmə kriptovalyuta bazarındakı hansısa iri oyunçunun pulları bitkoindən çıxarıb dollara çevirmək cəhdi ilə əlaqəli ola bilər. Bu da məbləğin iri olduğu nəzərə alınarsa bazarda xaos yaradardı.

Qeyd edək ki, sanksiyaların təsiri altında olan İran və Şimali Koreya kimi ölkələr beynəlxalq maliyyə əməliyyatlarında kriptovalyutadan getdikcə daha çox istifadə etməyə başlayıblar. Habelə kriptovalyuta ilə əməliyyatlardan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalar, çirkli pulların yuyulmasını həyata keçirən korrupsionerlər də istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.