Əks-effekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya xam neftinə olan tələbatın və rusiyalı neft ixracatçılarının gəlirlərinin artmasına səbəb olub, "Bloomberg" yazır.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Rusiyanın neft şirkətləri 2018-ci ilin noyabrından 2019-cu ilin iyulunadək ən azı 905 milyon dollar dəyərində əlavə gəlir əldə ediblər.
Qeyd edilir ki, OPEC və onun tərəfdarlarının neft hasilatını azaltmaları fonunda ABŞ sanksiyaları Rusiya neftinə olan tələbatı artırıb. Nəticədə Rusiyanın "Urals" markalı nefti "Brent" neftinə premiya ilə satılmağa başlayıb. Bundan əvvəl "Urals" ənənəvi olaraq "Brent" neftinə nisbətdə endirimlə satılırdı. Bu endirimin həcmi keçən ilin noyabrında Vaşinqtonun İran neftinin satışına dünya üzrə məhdudiyyətlər qoymasından sonra azalmağa başlayıb. 2019-cu ilin əvvəlindən etibarən isə "Urals" artıq endirimlə yox, premiya ilə satılır.
Xatırladaq ki, keçən il Vaşinqton İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Yeni sanksiyalar həmçinin İranın digər ölkələrlə biznes əlaqələrini də əhatə edib. Qeyd edək ki, Vaşinqton bu sanksiyalara bəzi ölkələr üçün istisnalar da əlavə edib. Belə ki, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə 2019-cu il mayın 2-dək bu sanksiyalar çərçivəsində məsuliyyətdən azad ediliblər. Başqa sözlə, Vaşinqton adıçəkilən ölkələrin İrandan neft almasına görə onlara qarşı sanksiya tətbiq etməyəcəyi öhdəliyini verib. Lakin Ağ Ev İran neftinin ixracını sıfıra endirmək üçün bu ölkələrə verilmiş müddəti sonradan artırmamaq qərarına gəlib.
Bundan başqa, ABŞ yanvarın sonunda Venesuelanın milli neft və qaz şirkətinə (PDVSA) qarşı sanksiyalar tətbiq edərək, şirkətin ABŞ yurisdiksiyasında olan 7 milyard dollarlıq aktivlərini dondurub. Ağ Evin məlumatına görə, şirkət neft daşımalarında əlavə olaraq 11 milyard dollar itki ilə üzləşəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
XƏBƏR LENTİ
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var





